Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gecə qərarı Putini müharibədən çəkindərəcək?

27-06-2022, 12:17   


Gecə qərarı Putini müharibədən çəkindərəcək? 


 Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt edib. 

“Bloomberg“ agentliyi xəbər verir ki, dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bu gecə başa çatıb. Məlumatda qeyd olunur ki, hazırda olan vəziyyət unikaldır. Çünki Rusiya Federasiyası borcu ödəmək istəyir, bunun üçün vəsaiti var, lakin Qərbin tətbiq etdiyi sanksiyalar bu imkanı məhdudlaşdırır. Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur.

Artıq uzun müddətdir ki, Rusiyanın defolta gedəcəyi ilə bağlı fikirlər səslənsə də, Moskva bu istiqamətdə demək olar ki, "müqavimət" göstərir. 

Hazırda elan edilən defolt Rusiya üçün problem yaradacaq? 

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, bütün ölkələrin istər daxili, istərsə də xarici formada müəyyən borcları var: 

"Rusiyanın da xarici borcları var. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın müharibədən öncə 600 milyard dollar ehtiyatı olub. Kifayət qədər, 3 milyon unsiyaya qədər də qızıl ehtiyatları var idi. Bu baxımdan hazırda elan edilən texniki defolt sadəcə olaraq sanksiyalarla bağlıdır və hər hansı öhdəliyi yerinə yetirməsi üçün mexanizmi yoxdur. Yəni o borcu ödəmək imkanı var, ancaq icra mexanizmi olmadığı üçün bu gün texniki defolt elan olunub. Texniki defoltun bu gün Rusiya iqtisadiyyatına elə bir ciddi təsiri yoxdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu defolt sadəcə texniki cəhətdən baş verir. Bununla yanaşı, bu da bir faktdır ki, Rusiya tarixən instutisional iqtisadi dəyərlərdən kənardadır. Baxmayaraq ki, hansısa rola girərək dünya ilə inteqrasiya etməsi ilə bağlı obraz yaradıb, ancaq ümumilikdə iqtisadi dəyərlərdən hər zaman kənardadır. Onlar bu gün ən ağır vəziyyətdə dövlət, hökumət və xalq kimi yaşamağa hazırdır. Bu nöqteyi-nəzərdən digər normal ölkələrdə texniki defolt elan olunsaydı, həmin cəmiyyət, o cümlədən də bizim üçün faciə hesab olunardı. Ancaq Rusiya cəmiyyəti üçün bu, göstərici deyil. Siyasəti öz axarı ilə davam edəcək. Biz düşündüyümüz o faciəni texniki defoltda görməyəcəyik". 

Nigar Abdullayeva
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar