Nardaran sakinlərinə silah satışı ilə bağlı qadağa

5-09-2014, 14:12   
Nardaran sakinlərinə silah satışı ilə bağlı qadağaOvçu dükanları qəsəbə sakinlərinə silah satmır, səbəb....

Ölkədə silah satışı ilə məşğul olan dükanlar Bakının Nardaran qəsəbə sakinlərinə silah satmaqdan imtina edir. Bununla bağlı Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, buna səbəb “yuxarılardan” ovçu dükanlarına bu barədə edilən xəbərdarlıqdır.

Mənbənin bildirdiyinə görə, Nardaran etiraz aksiyaları və hüquq-mühafizə orqanları ilə qarşıdurmaların digər bölgələrə nisbətən daha tez-tez yaşandığı məkan olduğundan hakimiyyət qəsəbə sakinlərinin silahlanmasından ehtiyat edir. “Yuxarılar” belə düşünür ki, ümumi problemlərlə bağlı daim həmrəylik sərgiləyən qəsəbə sakinlərinin silahlanması gələcəkdə etiraz aksiyalarının silahlı qarşıdurmaya çevrilməsinə səbəb ola bilər ki, bu da güc orqanları üçün əlavə problem deməkdir. Məhz bu səbəbdən də qeyri-rəsmi formada Nardaran sakinləri ilə bağlı məlum qadağa gündəmə gətirilib ki, bu da qəsəbə sakinlərinin silah sahibi olmasını əngəlləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.