Ukraynada başlayan konflikt Mərkəzi və Şərqi Avropaya istiqamətlənmiş nüvə başlıqlarının istifadə edilməsi ilə yekunlaşa bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə məşhur amerikalı jurnalist Cefri Teyler çıxış edib.
O, belə bir ssenarinin baş verəcəyi halda ilk hədəfin Varşava olacağını bildirib:
“Onsuz da Moskva Varşavaya nüvə hücumunun imitasiyasını sınaqdan keçirib. Bundan sonra isə növbədə Litvanın paytaxtı Vilnüsdür. Ruslar bundan başqa Estoniyanın Narva şəhərində yaşayan etnik rusları referendumla qızışdırmaqla vəziyyəti dəyişmək və prosesə başlamaq istəyirlər”.