Ərəb Ölkələri Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri İŞİD qruplaşması ilə birgə mübarizəyə dair razılaşma əldə ediblər.
ANS PRESS-in məlumatına görə, Misirin paytaxtı Qahirədə keçirilən görüş zamanı nazirlər BMT-nin Təhlükəsizlik Şurasının avqustda qəbul etdiyi və İraq və Suriyada ekstremistlərə maddi, hərbi və maliyyə yardımının qarşısının alınmasına çağıran qətnaməsini dəstəkləyib.
Ərəb Ölkələri Liqası Amerika Birləşmiş Ştatlarının İraqda İŞİD mövqelərinə aviazərbələr endirməsinə birbaşa dəstək nümayiş etdirməsə də, ekspertlərin fikrincə, Qahirə görüşünün nəticəsi elə ABŞ-ın xüsusi əməliyyatı ilə "susaraq razılaşmaq" olub.