"Wall Street Journal" qəzeti yazır ki, ABŞ prezidenti B.Obama İraqda islamçı yaraqlılarla ABŞ-ın necə mübarizə aparacağından danışanda “müharibə” sözündən qaçır.
Çünki B.Obama 2008-ci ildə seçki kampaniysını İraqda müharbəyə son qoymaq vədi ilə aparıb. 2012-ci ildə də o, deyirdi ki, İraqda müharibə təhlükəsi qalmayıb, ona görə qoşunları çıxarmaq lazımdır.
Azadlıq radiosunun məlumatına görə, B.Obama indi NBC-yə deyib ki, Amerikanın İraqdakı hərbi əməliyyatı yeni İraq müharibəsi olmayacaq.
Ancaq qəzet hesab edir ki, bu, elə həmin müharibə olacaq. Sadəcə olaraq, başqa ad altında...
Çünki havadan zərbələrlə "İraq İslam Dövləti" yaraqlılarını məğlub etmək mümkün olmaycaq. Oraya mütlıq quru qoşunları göndərmək lazım gələcək.