Azərbaycanda qəzet açmaq daha da asanlaşdı

10-09-2014, 16:25   
Azərbaycanda qəzet açmaq daha da asanlaşdıAzərbaycanda mətbu nəşrin uçotu üçün müraciətin və sənədlərin elektron formada qəbuluna başlanılıb.

Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu” xidməti elektronlaşdırılıb. Sözügedən xidmət artıq adıçəkilən nazirliyin rəsmi saytındakı “Elektron xidmətlər” bölməsi (http:/exidmet.justice.gov.az/) ilə yanaşı, “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə istifadəçilərin ixtiyarına verilib.

Xidmətdən yararlanmaq üçün istifadəçi xidmətə daxil olaraq elektron ərizə formasına müvafiq məlumatları əlavə edir. İstifadəçinin müraciətinin qeydə alınması üçün e-mail ünvanına göndərilmiş olacaq şifri daxil edərək, tələb edilən müvafiq sənədlərin skanerləşdirilmiş elektron surətlərini müraciətə əlavə etməsi tələb olunur.

Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir. Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılır. Mətbu nəşr reyestrə daxil edilir, üzərinə müvafiq ştamp vurulmaqla reyestrə daxil edilmə nömrəsi əks etdirilən müraciətin bir nüsxəsinin skan edilmiş surəti elektron imza ilə təsdiq olunaraq elektron poçt vasitəsilə istifadəçiyə göndərilir. Həmin nüsxə istifadəçinin arzusu ilə poçt vasitəsilə onun ünvanına göndərilə və ya fərdi qaydada təqdim oluna bilər.

Qeyd edək ki, istifadəçiləri fiziki və hüquqi şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz olaraq həyata keçirilir. Elektron xidmətin icra müddəti 5 gün təşkil edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.