Gürcüstan prezidenti Georgi Marqvelaşvili vətəndaş nikahında olduğu Maka Çiçua ilə rəsmən evlənmək niyyətindədir.
"Trend" xəbər verir ki, nikah mərasimi yaxın günlərdə baş tutmalıdır.
G.Marqvelaşvili və M.Çiçua uzun illərdir bir yerdə yaşayırlar. Onları vaxtilə övladları Maşo və Anna tanış edib.