Toy mərasimləri ilə bağlı şok qərar

11-09-2014, 10:13   
Hökumətin yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı başladığı proses toylara da şamil olunacaq.
Axar.az-ın əldə etdiyi məlumata görə, şadıq saraylarına mühüm təlimat verilib.
Xəbərdə deyilir ki, sentyabrın 15-dən etibarən şadlıq evlərində keçirilən toy mərasimlərində israfçılığın qarşısını almaqla bağlı tədbirlərə start veriləcək.
Belə ki, süfrəyə qoyulan nemətlərin çeşidi azaldılacaq, qiymətlər isə ucuzlaşacaq. Restoranlara tapşırıq verilib ki, menyu 15-25 manat civarında olmalıdır.
Məlumatda bildirilir ki, bu qaydaya əməl etməyən restoranları ağır cəzalar gözləyir. Onlara tövsiyəyə əməl olunmasa, 4-5 min manat cərimə olunacağı xəbərdarlığı edilib.
Axar.az olaraq gündəmin ən önəmli məsələsi olan bu qərarla bağlı elan olunan tarixdən sonra qadağaya əməl edilib-edilmədiyini araşdıracağıq, məşhur şadlıq saraylarında reyd keçirəcəyik.
Yada salaq ki, yas mərasimlərində ehsan verilməsi sadələşdirilib, süfrəyə çay, limon, halva və qənd verilir. Artıq bir çox şəhər və rayonlarda icra hakimiyyətləri müvafiq tapşırıqlar veriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.