Siyalə Rüstəmova ölkədə murdar ət satışına şərait yaradır

12-09-2014, 13:09   
Siyalə Rüstəmova ölkədə murdar ət satışına şərait yaradırDövlət Baytarlıq Xidmətinin xeyir-duası ilə Bakıda murdar olmuş, mənşəyi heç kəsə bəlli olmayan xəstə heyvanlar bazarlara gətirilərək satılır Cəmiyyətimizi narahat edən məsələlərdən biri də qanunsuz ət kəsimi ilə bağlıdır. Çox təəssüflə qeyd etmək olar ki, yol kənarlarında sanitariya qaydalarına əməl etmədən və mənşəyi bilinməyən ətlərin kəsimi ilə məşğul olurlar. Onu da qeyd etmək olar ki, bu hallara çox tez-tez rast gəlmək mümkündür. Ölkədəki bu vəziyyət çox acınacaqlı haldadır. Şəhərin küçələrində də saysız-hesabsız sallaqxanalar fəaliyyət göstərir. Təəssüflə də olsa qeyd etmək olar ki, həmin sallaqxanalar heç bir standarta uyğun gəlmir. Orada bir sıra qayda pozuntularına yol verirlər. Dövlət Baytarlıq Xidmətindən dəfələrlə həmin sallaqxanalara nəzarətin olduğunu desələr də, yaşananlar heç də Dövlət Baytarlıq Xidmətinin nəzarətinin olmasını demir. Paytaxtda və paytaxtdan kənarda fəaliyyət göstərən sallaqxanalarda təmzilikdən əsər-əlamət yoxdur. Artıq havalar getdikcə istiləşir. Ona görə də vətəndaşlar ehtiyatlı olmalıdır. İsti havada ət tez xarab olur deyə satıcılar xarab əti də satmağa çalışırlar. Ona görə də vətəndaşlar bu məsələdə gözüaçıq olmalıdırlar. Ümumiyyətlə, baytarlıq xidmətindən bildirirlər ki, yol kənarlarında ət satışına icazə verilmir.
Lakin sallaqxanaların əksəriyyəti heç də münasib yerlərdə quraşdırılmayıb. Yoldan keçən avtomobillərin, avtobusların yaratdığı toz-torpaq kəsilən ətlərin üzərinə hopur. Bu da yaranacaq xəstəliklərə təkan verir. İnsanlar belə ətlərdən infeksion xəstəliklərə tutula bilərlər. Əksər sallaqxanalarda kanalizasiya sistemi yoxdur. Kəsilən ətin qanı küçə boyunca axır. Bu isə həmin ərazidən keçən insanların rahatlığını pozur. Eyni zamanda heyvanlar azyaşlı uşaqların gözü önündə kəsilir. Bu isə uşaqların psixoloji durumuna mənfi təsir edir. Bütün ət kəsimi məntəqələrindən baytarlıq-sanitariya sənədləri tələb edilməli olduğu halda, bu, baş vermir. Bu da sallaqxanalara nəzarətin olmamasından irəli gəlir. Sözsüz ki, bu da Dövlət Baytarlıq Xidmətinin üzərinə düşür. Ölkəyə daxil olan və ölkədən çıxan heyvanlara nəzarəti həmin qurum keçirməlidir. Həmin quruma dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Amma görünür, bu qurum dövlətin malını heç də lazımi yerlərə xərcləməkdə maraqlı deyil. Hesab edirik ki, həmin qurumun fəaliyyətsizliyi tez bir zamanda nəzərə alınacaq və bununla bağlı lazımi tədbirlər görüləcək. Ekspertlər hesab edirlər ki, ət kəsilməsi prosesi Baytarlıq Xidməti Haqqında Qanunla tənzimlənməlidir. Respublikada ət kəsilməsi işlərinə nəzarət edən Baytarlıq Xidməti idarəsi fəaliyyət göstərir ki, burada da kifayət qədər mütəxəssis cəmləşib. Lakin bu gün qəsəbələrdə hələ də əti yol kənarında kəsərək satmaqda davam edirlər. Belə yerlərdəki hazırkı natəmizlik və özbaşınalıq davam etsə, kütləvi xəstəliklərin yayılmasına şərait yaranacaq. Belə şəkildə davam etsə, ölkədə qorxulu infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. "Baytarlıq Xidməti Haqqında" Qanuna görə həmin xidmətin laboratoriyasında yoxlamadan keçməyən hər hansı bir ət və süd məhsulu satışa çıxarıla bilməz. Amma elə Bakıətrafı qəsəbələrdə müşahidə olunan mövcud vəziyyət bunun əksini göstərir. Görünür, bir çoxları baytarlıq sahəsinə biznes kimi yanaşdığından qəsəbələrdə müşahidə olunan həmin mənzərə hələ də qalmaqdadır. Belə hərəkətə yol verənlər nə intizam, nə də cinayət məsuliyyətinə cəlb olunurlar. Bu gün bazarlara daxil olanda ətlərin üzərində baytarlıq nişanını görmək mümkündür. Guya ki, səhərə qədər ekspertiza olunub hər şey yoxlanılıb. Lakin əslində belə deyil. Yalançı ekspertizalar, yalançı baytarlıq nişanları , yalançı sənədlər davam edir. Bu kimi hallar isə əhalinin baytarlıq orqanlarına inamsızlığını artırır. Ona görə də gözləri qarşısında kəsilmiş heyvanın ətini alırlar. Bu gün Dövlət Baytarlıq Xidmətinin baytarlıq siyasəti pis vəziyyətə doğru gedir. Bunun da səbəbi savadlı kadrların işdən çıxarılması və yerlərinə savadsız kadrların gətirilməsidir. Ömründə bir dəfə heyvanla təmasda olmayan insanlar rəhbər vəzifələrə qoyulur. Azərbaycanda kənd təssərrüfatı belə qurulub ki, orada yalnız nəzəri bilikləri olan insanlar fəaliyyət göstərməlidir. Hüquqlarını qoruyan dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyəti lazımdır. Qanunlarda dəyişikliklər aparılmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.