Bakıda taksi sürücüsü müştərisini soyub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Biləcəri qəsəbəsində Oğuz rayon sakini Seymur Mürsəlov "Chevrolet" markalı avtomobilə sərnişin qismində oturub metronun "20 Yanvar" stansiyasına gedəcəyini bildirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürücü və digər sərnişin S.Mürsəlovu bıçaqla hədələyərək 500 manatını alıb hadisə yerini tərk ediblər.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.