Ukrayna Prezidentin Pyotr Poroşenko Kiyevin Krımı hərbi yolla deyil, iqtisadi yolla qaytaracağını deyib.
Axar.az xəbər verir ki, Poroşenko bunu Kiyevdə keçirilən “Yalta Avropa strategiyası” görüşündə deyib.
“Krım yenə bizim olacaq. Həm də qeyri-hərbi yolla. Mən əminnəm ki, biz krımlıların ağlının və əhval ruhiyyəsinin üzərində iqtisadi, demokratik, liberal qələbə çalacağıq. Çünki biz effektli, korrupsiyasız, demokratik və azad olacağıq”, - Poroşenko bildirib.
Prezident bildirib ki, belə bir yol Ukraynanın şərqi üçün də keçərlidir.