Ukrayna hökuməti Rusiya ilə sərhəddə sədd çəkməyə başlayıb. Ukrayna hökuməti artıq bununla bağlı 7.7 milyon dollar pul ayırıb.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arsen Yaçenyuk məlumat verib.
Yaçenyukun sözlərinə görə, bu plan 2 mərhələdən ibarət olacaq, Donetsk və Luqaskda çəkiləcək səddin 500 kilometrdən çox olacağı bildirilib.
Ukrayna bu səddi Rusiyadan ölkəyə tez-tez daxil olan qanunsuz silahlı qruplaşmaların qarşısını almaq üçün hördüyünü bildirib.