Bu gün (17 fevral) Almaniyanın Münhen şəhərində yaşayan iranlılar şəhərin mərkəzi küçələrində İran rejiminə qarşı kütləvi etiraz aksiyası keçiriblər.
Musavat.com xəbər verir ki, aksiya iştirakçıları “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Rədd olsun diktatura!”, “Qadınlara azadlıq!” kimi şüarlar səsləndiriblər.
Onu da qeyd edək ki, bu gün İranın böyük şəhərlərində də kütləvi aksiyalar davam edib və bənzər şüarlar səsləndirilib.
Həmin şəhərlər arasında Kərəc, Tehran da var.
Molla rejimi öz insan haqlarını pozan siyasəti ilə artıq sonunu gətirib. Bu gün Münhendə keçirilən Təhlükəsizlik Konfransı da bir daha göstərdi ki, aparıcı Qərb dövlətləri indiki İran hakimiyyətini artıq tamamilə qəbul etmir. Bu, tarixi dönüşdür.
Onu da yada salaq ki, 2019-cu ildə bu konfransa İran xarici işlər naziri Cavad Zərif dəvət olunmuşdu. O zaman Zərif konfransın İran üçün əhəmiyyətindən də danışmışdı. Amma indi yalnız İran müxalifəti dəvət olunub. Artıq hər şey ortadadır. Qərb də İranın molla rejiminin yarıtmaz siyasətindən bezib və ölkədəki vəziyyət, onun gələcəyi hər kəsə aydındır.
Musavat.com