KREML NÜVƏ ŞANTAJINI GÜCLƏNDİRİR... - Putinin nəyə hazırlaşdığı açıqlandı

18-02-2023, 17:38   



Məlum olduğu kimi, fevralın 21-ə Vladimir Putinin Federal Məclisə müraciəti, sonrakı gün isə Rusiya Duması və Federasiya Şurasının növbədənkənar iclasları təyin olunub. Təhlilçilər Putinin gözlənilən çıxışı və yaxın gələcəklə bağlı planlarına dair müxtəlif mülahizələr irəli sürürlər.

“AzPolitika.info” xəbər verir ki, Qərbdə və Ukraynada bir çox müşahidəçilər Putinin davam edən müharibədə yenə “stavkaları qaldırmaq” və bu məsələdə nüvə şantajından istifadə etmək niyyətində olduğunu bildirirlər.

Ukraynalı təhlükəsizlik mütəxəssisi, Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko yerli mətbuata açıqlamasında bildirib ki, Putinin Ukraynaya və Qərbə təzyiq üçün nüvə şantajından başqa vasitəsi qalmayıb.



Onun fikrincə, böyük ehtimalla 21 fevral müraciətinin və bundan sonra keçiriləcək Duma iclasının əsas prioritet istiqamətlərindən biri məhz nüvə şantajı ilə bağlı olacaq: “Onlar “Lujniki”də bayram konserti keçirəcəklər və inanmıram ki, orada hansısa vacib bəyanatlar olsun. Nəzəri cəhətdən Putindən eşidəcəyimiz yeganə yeni şey nüvə silahının tətbiqilə bağlı qanunvericiliyə dəyişiklik ola bilər. Bu, ondan ötrüdür ki, Qərblə danışıqlarda növbəti dəfə “stavakaları qaldırmağa” cəhd etsin. Bunun üçün də onun əlində olan yalnız nüvə sialhıdır”.

Denisenko əlavə edib ki, Rusiyanın nüvə qanunvericiliyinə dəyişiklik ediləcəyini istisna etmək olmaz. Lakin bu, o demək deyil ki, bundan sonra nüvə silahının tətbiqinə cəmi bir adım qalır.

Məlum olduğu kimi, Rusiyanın hazırkı nüvə doktrinasına görə, yalnız bu ölkəyə qarşı nüvə silahı tətbiq edildiyi və yaxud Rusiya dövlətinin hansısa digər şəkildə məhvi təhlükəsi yarandıqda nüvə silahından istifadə edilə bilər. Yeni dəyişiklik isə başqa şərtlərin də əlavə olunması ilə nəticələnə bilər ki, bu da sözügedən silahın Kremlin daha geniş müstəvidə tətbiqinə hüquqi əsas yarada bilər.

Lakin istənilən halda, ABŞ və NATO-nun Putin Rusiyasına nüvə silahı ilə bağlı sərt xəbərdarlıq etdiyi məlumdur. Xatırladaq ki, belə bir addım atılacağıl təqdirdə Rusiyaya veriləcək cavablardan biri şəxsən Putinin fiziki məhvidir.

“AzPolitika.info”   

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.