“Biz hesab edirik ki, istənilən üstünlük ideologiyası mahiyyətcə iyrənc, cinayətkar və ölümcüldür. Lakin Qərb elitası hələ də öz eksklüzivliyindən danışır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl Meydanda faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunmuş paradda çıxış edərkən deyib.
Putin Rusiyaya qarşı yenidən müharibə başladığını iddia edib: “Biz beynəlxalq terrorizmi dəf edib, Donbas sakinlərini qoruyacaq və öz təhlükəsizliyimizi təmin edəcəyik. Planetdəki insanların böyük əksəriyyəti kimi biz də sülh, azad və sabit bir gələcək görmək istəyirik”.
Putin qeyd edib ki, Rusiya üçün “nə Qərbdə, nə də Şərqdə” qeyri-dost və düşmən xalqlar yoxdur.
O, iddia edib edib ki, bir sıra ölkələr suveren inkişaf mərkəzlərini boğmaq istəyirlər:“Onların məqsədi ölkəmizin parçalanmasına və məhvinə nail olmaq, İkinci Dünya Müharibəsinin nəticələrinin üstündən xətt çəkmək, nəhayət, qlobal təhlükəsizlik və beynəlxalq hüquq sistemini sındırmaq, istənilən suveren inkişaf mərkəzlərini boğmaqdır".
Putin əlavə edib ki, Qərb münaqişəni qızışdırmaq və ailə dəyərlərini məhv etməklə məşğuldur.
Rus despotu həmçinin, Ukrayna xalqını Qərbin girovuna çevrilməkdə günahlandırıb.
Elvin
“AzPolitika.info”