Mübariz Qurbanlının deputat mandatı alınacaq

22-09-2014, 14:03   
Mübariz Qurbanlının deputat mandatı alınacaqMərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı ilə bağlı məsələyə aydınlıq gətirib. MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında deyib ki, MSK-nın növbəti iclaslarının birində bu məsələyə baxılacaq. Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədov də məsələnin qanunla müəyyən edilmiş qaydada həllini tapacağını bildirib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.