Almaniyaya məxsus “politico.eu” saytında “Avropa İttifaqı (Aİ), Rusiya və ABŞ keçmiş Dağlıq Qarabağda ildırımsürətli müharibədən bir neçə gün əvvəl gizli danışıqlar aparıb” adlı məqaləsində deyilir ki, ABŞ və Aİ-nin yüksək səviyyəli rəsmiləri Azərbaycanın keçən ay separatçı əraziləri etnik ermənilərin nəzarətindən geri almaq üçün hərbi hücuma başlamazdan bir neçə gün əvvəl, Qarabağla bağlı yaranmış qarşıdurmanı həll etmək üçün Türkiyədə rusiyalı həmkarları ilə fövqəladə danışıqlar üçün görüşüblər. Ancaq bu görüş barədə məlumat verilməyib.
Nəşrin yazdığına görə, danışıqlar sentyabrın 17-də İstanbulda baş tutub, əsas diqqət yerli sakinlərin yanacaq və ərzaqla təmin olunması üçün Ermənistandan Qarabağa humanitar karvanların keçməsi olub.
ABŞ-ı danışıqlarda Qafqaz üzrə baş müşavir Lui Bono, Avropa İttifaqını regional nümayəndəsi Toivo Klaar, Rusiyadan isə prezident Vladimir Putinin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
ABŞ Dövlət Departamentinin rəsmisi görüşlə bağlı şərh verməkdən imtina edərək, bunu özəl diplomatik müzakirə adlandırıb.
Həqiqətənmi, 30 ildir həll oluna bilməyən Qarabağ probleminin həlli üçün dünyanın aparıcı dövlətləri yaşıl işıq yandırıb?
Siyasi şərhçi Xaləddin İbrahimli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu barədə danışır.
Bakı/04.10.23/Turan: