Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı açıqlandı: Aralarında ermənilər də var

10-10-2023, 18:00   


Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı açıqlandı: Aralarında ermənilər də var - ÖZƏL


Bu ilin 9 ayı ərzində 388 nəfər Azərbaycan Respublikasının vətəndaşı olmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Bu barədə Cebhe.info-nun sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin 9 ayı ərzində quruma 388 nəfərin (övladları ilə birlikdə 400 şəxsin) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatəti daxil olub.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinə, həmçinin, Qarabağda yaşayan 15 Ermənistan vətəndaşı müraciət edib.

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar