HƏMAS-ın hərbi və təhlükəsizlik sahəsində dünyanın ən güclü ölkələri sırasında olan İsrailə qarşı hücumun ilk günlərində uğurlar əldə etməsinin səbəbi nədir?
“New York Times” qəzeti adı çəkilməyən İsrail hökumət rəsmilərinə istinadən yazır ki, bunun 4 əsas səbəbi var.
İsrailin hücuma hazır olmamasının əsas səbəblərindən biri İsrail kəşfiyyat xidmətlərinin HƏMAS üzvlərinin rabitə xətlərinə nəzarət edə bilməməsi olub. Hücumdan bir qədər əvvəl onlar ordu rəhbərliyini təşkilatın rabitə xətlərində qeyri-adi fəaliyyətlə bağlı xəbərdar etməyə çalışsalar da, bu xəbərdarlığa da məhəl qoyulmayıb.
İkinci səbəb Qəzza zolağı ilə sərhəddə vəziyyətə nəzarət etmək üçün elektronikadan həddən artıq asılılıq idi. Son illər Qəzza sərhədində yerləşdirilən əsgərlərin sayı azalıb. Sərhəd boyu çoxsaylı müşahidə kameraları, sensorlar və uzaqdan idarə olunan pulemyotlar quraşdırılıb. Bununla belə, hücumdan əvvəl islamçılar cib telefonu ilə idarə olunan dronlarla qüllələri dağıdaraq 30 yerdən sərhədi gizli keçə biliblər.
Üçüncü səbəb sərhəd diviziyasının rəhbərliyini bir bazada yerləşdirən hərbi komandanlığın əməliyyat səhvi olub və HƏMAS hücuma başlayandan dərhal sonra bu bazanı ələ keçirib.
Dördüncüsü, islamçı liderlərin İsrailə hücum etmək planlarının olmadığı barədə İsrail kəşfiyyatına qəsdən yalan məlumat sızdırıblar və bu inandırıcı olub. Çox güman ki, HƏMAS üzvləri danışıqlarının izlənildiyini bilib və İsrail kəşfiyyat xidmətlərini çaşdırıblar.
“AzPolitika.info”