Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bələdiyyə də istəyir, “JEK” də: Vətəndaş pulu kimə ödəsin?

11-10-2023, 18:47   


Bələdiyyə də istəyir, “JEK” də: Vətəndaş pulu kimə ödəsin?


İllərdir həllini tapmayan, vətəndaşların tez-tez şikayətçi olduğu məsələlərdən biri də "ev pulu"nun bələdiyyə, yoxsa Mənzil Kommunal Sahələrinə (“JEK”) ödənilməsidir. 

Məsələ ondadır ki, vətəndaşlar həm “JEK”, həm də bələdiyyənin "ev pulu" tələb etdiyini deyirlər. Bununla bağlı yaxın günlərdə daha bir sakin öz şikayətini bildirib:

"Pul ödəyib ev almışıq. Dövlət rüsumunu da ödəmişik. Niyə həm bələdiyyəyə, həm də “JEK”-ə eyni "ev pulu" ödəməliyik? “JEK” heç olmasa məişət tullantılarını daşıyır. Bələdiyyə bizim üçün nə edir ki, ona da pul ödəyək? Boş yerə yaranmış qurumdur. Eyni işi görəcək bir neçə qurum yaradırlar. Hamısının da cibini biz doldurmalıyıq". 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Cebhe.info-ya açıqlamasında bildirib ki, hər iki ödənişin əsasları var: 

"Hər bir vətəndaş vergilərini vaxtında ödəməlidir. Bu vergilərdən biri bələdiyyə vergiləri, digəri isə kommunal xidmətlərin göstərilməsi ilə bağlı olan vergilərdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, kommunal xidmətlərlə bağlı olan vergiləri vətəndaş “JEK”-ə ödəyir. Torpaq və əmlaka görə vergi isə bələdiyyələrə ildə bir dəfə ödənilir. Bu vergilərin forma və məzmunu da normativ hüquqi sənədlərlə tənzimlənir. Hər bir vətəndaş bunu bilməli və vergilərini vaxtında ödəməlidir. Yerli vergilərin ödəniş vaxtı maksimum noyabrın 15-də başa çatdırılmalıdır”.

O bildirib ki, noyabrın 15-dən sonra ləngiyən və ödənilməyən vergilərə  faiz hesablanır: 

“Mənzil İstismar Sahələrinə aid olan istismar haqqı, zibil tullantılarının daşınması ilə bağlı olan vergilər “ev pulu” deyil.  Bunlar Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə uyğun olaraq “JEK”-ə ödənilməli olan vəsaitdir". 

Naibə
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar