Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 23-də Tehranda keçiriləcək “3+3” formatlı görüşdə iştirak etməyəcəyini vurğulayıb.
“Gürcüstan görüşdə iştirak etmir və heç vaxt da iştirak etməyib”, - deyə ölkənin Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib.
Oktyabrın 23-də Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin “3+2” formatında görüşü keçiriləcək.
Bu format Türkiyə prezidenti Ərdoğanın Türkiyə, Rusiya və İranın iştirakı ilə Cənubi Qafqazın problemlərini həll etmək təşəbbüsüdür.
2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etməsi səbəbindən Gürcüstan əvvəlcədən bu formatda iştirakdan imtina edib. -0-
* * *
2023 Oktyab 22 (Bazar) 13:50:40
Tehranda İran, Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
Bakı/22.10.23/Turan: Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 23-də Sergey Lavrovun Tehranda danışıqlarda iştirakını nazirliyinin sözçüsü Mariya Zaxarova təstiqləyib.
Bundan əvvəl İran mediası Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatı çərçivəsində görüş keçirə biləcəyini yazıb.
Cümə günü, oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İrəvanın Tehranda regional “3+3” formatında iştirak etmək üçün İran tərəfdən dəvət aldığını təsdiqləyib.
Əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları olmalıdır.
Lakin bu format reallığa uyğun deyil, çünki əraziləri Rusiya tərəfindən işğal edildiyi üçün Gürcüstan bu formatda iştirakdan imtina edir. Ona görə də hələlik bu format 3+2 kimi görünür.
Bu arada rəsmi Bakı Tehran görüşündə iştirakını hələ təsdiq etməyib.
Bakı/22.10.23/Turan: