Birləşmiş Ştatlar cümə axşamı bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında son görüşün ləğv edilməsinə baxmayaraq, iki ölkə arasında sülh sazişi əldə etmək üçün “səyləri davam edəcək”, Turan-ın Vaşinqton müxbiri xəbər verir.
Dövlət Departamentinin sözçüsü Metyu Miller, “Biz inanmaqda davam edirik ki, bu iki ölkənin sülh razılaşması əldə etməsi hər iki tərəfin, regionun və dünyanın maraqlarına uyğundur”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller Turanın müxbirinin sualına cavab olaraq cümə axşamı keçirdiyi brifinqdə deyib.
"Biz bu səyləri davam etdirəcəyik" - o əlavə edib.
Oktyabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü nəzərdə tutulsa da, görüş bir ay ərzində ikinci dəfə baş tutmayıb.
Vaşinqton/26.10.23/Turan: