Arif Hacılının oğlu niyə həbs edildi? – VIDEO

3-11-2023, 08:34   


Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Orxan Hacılı oktyabrın 31-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham olunur. Lakin o, bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.

Bu maddələrin sanksiyasında alternativ cərimə, islah işləri və s. cəzalarla yanaşı, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Müsavat partiyasının başqanı Arif Hacılı oğlunun tutulmasını qisasçılıq kimi dəyərləndirir və bunu siyasi həbs olduğunu bildirir.

Partiya sədri Arif Hacılı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində oğlunun həbsinin səbəbləri barədə danışır.


Bakı/02.10.23/Turan: 

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.