Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yeni nazir təyin edilən Vüqar Mustafayev kimdir? - DOSYE

18-11-2023, 10:30   


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni müdafiə sənayesi naziri təyin edib.

Musavat.com xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.

Prezidentin imzaladığı digər sənədlə o, müdafiə sənayesi nazirinin müavini postundan azad edilib.

Qeyd edək ki, müdafiə sənayesi naziri bundan əvvəl Mədət Quliyev idi. 

Musavat.com yeni təyin edilmiş nazirin dosyesini təqdim edir:

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. Təhsili 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi ( MBA) ” magistr proqramı 2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor ( CİA) ” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir. Hərbi vəziyyəti Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi İş təcrübəsi Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir. 2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan "Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.

Ailə vəziyyəti Ailəlidir. İki övladı var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar