Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SON DƏQİQƏ! Qarabağın kəndləri ilə bağlı qanun layihəsi TƏSDİQLƏNDİ

5-12-2023, 14:41   


"Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com-un xəbərinə görə, layihə barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Bildirilib ki, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub.

Eyni zamanda qanun layihəsinə görə, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcallı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhknəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək əraziləri bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

Layihə deputatlar tərəfindən dəstəklənib.

E.Paşasoy,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar