Qısqanclığa görə, öz dostunu öldürdü - FOTO
hadisə Türkiyədə baş verib.
Kocaelinin Gebze bölgəsində 25 yaşındakı Fatih Salamat, köhnə sevgilisini öz dostu ilə görüb və qəzəblənib. Bundan sonra küçə ortasında uzun zamandır ki, dostluq etdiyi 23 yaşındakı Uğur Akarı boğazından bıçaqlayaraq öldürüb.
Hadisə, dünən saat 01:00 radələrində Gebze İnönü məhəlləsində meydana gəlib. İddialara görə, 25 yaşındakı Fatih Salamat məhəllələrindəki xına gecəsində, 17 yaşlı köhnə sevgilisini oğlan dostları ilə birlikdə görüncə qısqanıb.
Xına gecəsi bitdikdən sonra, keçmiş sevgilisini Ozan Kılıç, Uğur Akar, Murat T-nin evinə yola saldıqalrını öyrənən Fatih qəzəblənib. Və telefonla onlara zəng edərək küçəyə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb və Fatih cibindəki bıçağı çıxararaq Uğur Akarın boğazına sancıb. Qanlar içində yerdə uzanan Uğur, hadisə yerində keçinib. Onun iki dostu isə qaçaraq oradan uzaqlaşıblar.