Ərdoğan: "Bunu Obamaya mən təklif etdim"

22-10-2014, 20:17   
Ərdoğan: "Bunu Obamaya mən təklif etdim"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan peşmərgə qüvvələrinin Türkiyə üzərindən Kobaniyə keçidini ABŞ Prezidenti Barak Obamaya özünün təklif etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Ərdoğan beynəlxalq koalisiya qüvvələrinin kürdlərə yardım göndərməsinə də münasibət bildirib. Koalisiya qüvvələrinin havadan göndərdiyi yardımın kimlərə çatdığının məlum olduğunu, hətta İŞİD-in internet səhifələrindən bu görüntüləri paylaşdıqlarını qeyd edib. Bununla da kimlərə yardım edildiyinin ortaya çıxdığını Ərdoğan vurğulayıb.

Xatırladaq ki, beynəlxalq koalisiya qüvvələrinin kürdlərə havadan yardım göndərməsi zamanı silah və tibbi ləvazimat dolu paketlərin bir qismi İŞİD tərəfinə düşmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.