Homsda terrorçularla ordu arasında şiddətli döyüşlər gedir
Dünya Suriyada İŞİD terrorçu qruplaşması Homsda prezident Bəşər Əsəd rejiminin nəzarəti alıtnda olan qaz stansiyasını ələ keçirib.
terrorçular internetdə ələ keçirdikləri Cahar qaz stansiyasının fotolarını yayıblar.
İŞİD stansiyanın üzərində bayraqlarını qaldırıblar. Terrorçular iddia edir ki, stansiya onların nəzarəti atındadır və hərbiu texnikalarını burada yerləşdiriblər.
Suiryada müxaliflərə yaxınlığı ilə tanınan Suriya İnsan Haqları Müşahidəsi qrupunun açıqlamasına görə, Homsda döyüşlər zamanı azı 30 Suriya əsgəri ölüb.
Qeyd edək ki, İŞİD İraq və Suriyada bir sıra neft və qaz yataqlarını ələ keçirib bə terrorçuların gəlir mənbəyinin məhz bu yataqlar olduğu bildirilir.