Şeyx zəncir vuranlardan danışdı

4-11-2014, 13:12   
Şeyx zəncir vuranlardan danışdı

"Fitva əmr formasında deyil, fitva onu xalqa, xalqın qəlbinə çatdırmaq, tövsiyə etməkdir. Bizim məcburi qaydada fitva verməyə haqqımız yoxdur, çünki vicdan azadlığı hər insanın özünün daxilində yetişir".

Publika.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü zəncir vurulmasına dair sualı cavablandırarkən deyib.

A.Paşazadə bildirib ki, İdarənin borcu mədəni şəkildə xalqa tövsiyə etməkdir ki, bunlar olmaz.


"Mən elə hesab edirəm ki, bu, birdəfəlik yaranmır. 5-10 il bundan əvvələ baxanda, bu gün zəncirvurma daha zəifdir. Demək, bu tövsiyələrin təsiri var və gələcəkdə də bu, öz təsirini göstərəcək".

Bu gün Aşura günüdür. Bununla bağlı Azərbaycanın müxtəlif məscidlərində qanvermə aksiyası keçirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.