Bu gün Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə həyata keçirilən kadr islahatlarının təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov təyin olunub.
Bakı şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov isə DİN Baş kadrlar idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
DİN mətbuat xidməti Nəsiminin polis rəisi Musa Musayevin vəzifə dəyişikliyi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.