“Rusiya Orta Asiya və Qafqazı məhv edəcək”

4-11-2014, 19:40   



Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatında yaşanan tənəzzülün Orta Asiya və Qafqaz ölkələri iqtisadiyyatına ciddi zərbə vuracağını açıqlayıb.

Axar.az xəbər verir ki, BVF sözügedən bölgələrin iqtisadi artım proqnozunu 6,6 faizdən 5,5 faizə düşəcəyini bildirib.
Fondun məlumatına görə, Ukrayna böhranı üzündən ticarət, investisiya və maliyyə bazarlarında yaşanan problemlər Rusiya iqtisadiyyatına mənfi təsir edir: “Rusiya iqtisadiyyatında yaşanan problemlər bu ölkənin iqtisadi asılılığında olan Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan iqtisadiyyatlarına də mənfi təsir edir. Son 20 il ərzində milli hasilatı əhəmiyyətli dərəcədə artıran Orta Asiya və Qafqaz ölkələri iqtisadi cəhətdən qeyri-sabit dönəminə qədəm qoyub. İşsizlik və yoxsulluq son həddə çatıb”.
Fond hesabatında bölgə ölkələrini neft ixrac edən ölkələr (Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan) və neft idxal edən ölkələr (Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistan) olaraq iki yerə ayıraraq neft ixracının və idxalının kəskin şəkildə azalacağı xəbərdarlığını edib.
BVF 2013-cü ildə 6 faiz inkişaf edən Qazaxıstan iqtisadiyyatının bu il 4,6 faiz, 2015-ci ilə isə 4,7 faiz, ötən il 5,8 faiz inkişaf edən Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz, gələn il isə 4,3 faiz inkişaf edəcəyini proqnozlaşdırıb.
Neft idxal edən və Rusiyada çalışan immiqrantların hesabına Qırğızıstan və Tacikistan iqtisadiyyatında 5,6 faiz irəliləmə gözlənilsə də, 4 faiz gerilmə olacağı bildirilib. Fondun hesabatına görə, region ölkələrində yalnız Gürcüstan iqtisadiyyatı inkişaf edəcək. Sadalanan səbəblərdən uzaqda olan bu ölkənin cari ildə 5 faiz inkişaf edəcəyi bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.