İŞİD-dən yeni qadağa

4-11-2014, 22:02   

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində yeni qaydalar tətbiq edib.

ANS PRESS-in məlumatına görə, İŞİD tərəfindən verilən yazılı açıqlamada bildirilir ki, namaz vaxtlarında dükanlar bağlı olmalıdır:

"Əmrə itaət etməyənlərin cəzalandırılacaq və dükanlar bağlanacaq. Axşam namazları üçün 15, başqa vaxt namazlar üçün isə 20 dəqiqə vaxt nəzərdə tutulub.

Bu arada Mosulda naməlum şəxslərin açdığı atəş nəticəsində 2, ABŞ başda olmaqla anti-İŞİD koalisiyasının endirdiyi hava zərbələri nəticəsində 11 İŞİD yaraqlısı məhv edilib.

Qeyd edək ki, İŞİD bu ilin iyun ayında Mosul başda olmaqla bir neçə İraq şəhərini ələ keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.