"Kərkük polisinin təşkil etdiyi əməliyyatlarla terrorçular tutulub"
Dünya İŞİD yaraqlıları Kərkükdə qadın geyimində yaxalanıb.
ANS PRESS-in məlumatına görə, Kərkük mahalının təhlükəsizlik müdiri Serhad Qədr son dövrdə İŞİD yaraqlılarının gizlicə Kərükə girmək üçün saxta sənədlərdən istifadə edildiyini bildirib.
"Qısa müddətdə İŞİD yaraqlılarını aşkar edib, tuta bilirik. Onlar ilk ifadələrində İŞİD-dən qaçdıqlarını və bədənlərindəki güllə yaralarını göstərib, müalicə üçün gəldiyini deyirlər. Həm də onların qəsdən dərman aldıqları məlum olub. Bu məxluqlar Kərkükə girmək üçün fərqli üsullardan istifadə edirlər. Kimisi xəstə kimi, kimisi qadın paltarı geyir, kimisi də şagird olduğunu və oxumaq üçün gəldiyini söyləyərək şəhərə girir. Ancaq Kərkük polisinin təşkil etdiyi əməliyyatlarla bu kəslər tək-tək tutulur".
Onun sözlərinə görə, İŞİD-çilər daha çox xəstəxana, otel və bazarlarda tutulub.