Ramil Usubov rəqiblərini DİN-dən uzaqlaşdırır

5-11-2014, 11:30   
Ramil Usubov rəqiblərini DİN-dən uzaqlaşdırır
Polisdəki son kadr dəyişikliklərinin kökündə nə dayanır?

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis Idarəsinin rəisi general - mayor Rafiq Abbasov vəzifəsindən azad edilib. Bu barədə “Qafqazinfo”ya məlumat DIN-dən daxil olub. Məlumata görə, Baş Mütəşşəkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidov Bakı Şəhər Polis Idarəsinin rəisi vəzifəsinə təyin olunub. Rafiq Abbasovun taleyinə gəlincə, APA məlumat yayıb ki, o, DIN-in Kadrlar Idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nəsimi Rayon Polis Idarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi təyin olunub.

Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi rayon Polis Idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nizami Rayon Polis Idarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis Idarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.




Məlumatı DIN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ramil Usubovun müavini Əsgər Ələkbərov tutduğu vəzifədən azad edilmişdi. Onun yerinə DIN-in Baş Kadrlar Idarəsinin rəisi Ismət Əliyev təyin olunub.

DIN-də aparılan bu kadr islahatları müxtəlif mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevlə eyni komandada təmsil olunan Ramil Usubov PA rəhbərinin hakimiyyətdəki mövqelərinin möhkəmlənməsindən istifadə edərək daxili işlər orqanlarının mühüm postlarını öz nəzarətinə götürür. Qeyd edək ki, Əsgər Ələkbərov və Rafiq Abbasov DIN-dəki müxalif qrupun aparıcı fiqurları hesab edilirdi. Ramil Usubov uzun müddət idi ki, onları DIN-dən uzaqlaşdırmağa çalışırdı. Əsgər Ələkbərovla Rafiq Abbasovu əvəzləyən şəxslər isə Ramil Usubovun komandasının üzvləridir.

Başqa bir ehtimala görə isə gələn daxili işlər naziri olmasının 21 ili tamam olacaq Ramil Usubovun istefaya göndərilməsi gündəmə gəlib. Ramil Usubov istəmir ki, ondan sonra fəaliyyəti təftiş edilsin. Bunun üçün də mühüm postlara özünə yaxın şəxsləri təyin etməklə gözlənilən təhlükənin qarşısını almaq niyyəti güdür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.