“Kadırov İŞİD lideri Bağdadini əsir götürəcək”

5-11-2014, 19:49   


Rusiya hərbi kəşfiyyatının təqaüddə olan generalı Nikolay Puşkaryov Rusiyanın Çeçenistan lideri Ramzan Kadırovun əli ilə İŞİD lideri Əbubəkr əl-Bağdadini ələ keçirəcəyi iddiası ilə çıxış edib.

Axar.az xəbər verir ki, Kadirova çox hörmət etdiyini deyən Puşkaryov çeçen hərbi birləşmələrinin buna hazır olduğunu etiraf edib:

"Çeçenistan lideri daha öncə işlərə başladığını elan etmişdi. Kadırovun sözlərinə görə, ABŞ bu yolda ona dəstək verəcək. Əgər Kadırov və qrupu istəsə Bağdadini məhv edə bilər. İŞİD Rusiya üçün real təhlükəyə çevrilib. Fikrimcə, terror təşkilatını Qərb ökələrinin xüsusi xidmət orqanları yönəldir. Təhdidlər realdır. Radikal qruplar İslam dinindən istifadə edərək bəzi ölkələrdə siyasi qeyri-sabitlik yaratmaq istəyir. Bu hadisələr yaxşı nəticələr doğurmayacaq. Onlar ABŞ-a da hücum edə bilər”.

ABŞ və İngiltərə kəşfiyyat təşkilatlarının radikal qruplaşmalardan istifadə edərək Rusiyanın ərazi bütövlüyünü təhdid etmə ehtimalının olduğunu deyən keçmiş kəşfiyyatçı hadisələrin nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edib:

“Bu planlar NATO-da yaranır. Rusiyanın bu hadisələrə birbaşa müdaxiləsi olmamalıdır. Rusiyada yaşayan milyonlarla müsəlmanı nəzərə alsaq, bu gözlənilməz hadisələrə səbəb ola bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.