Ata qızına işgəncələr verən şəxsi əvvəlcə boğub, daha sonra isə onun cinsiyyət orqanını yandırıb.
bu dəhşətli qətl Hindistanda baş verib.
Qatil iddia edir ki qurban onun qızını ilk öncə axşam yeməyinə dəvət edib. Daha sonra 14 yaşlı qıza təcavüz edib və bununla kifayətlənməyərək ona işgəncələr verib.
Qızına işgəncələr verən insanın kim olduğunu öyrənən ata həmin şəxsi əvvəlcə boğub, daha sonra isə onun cinsiyyət orqanını yandırıb.
36 yaşlı ata polislərə təslim olarkən cinayəti planlı bir şəkildə həyata keçirdiyini etiraf edib: “Onu bir müddət izlədim. daha sonra evdə yalnız yaşadığından tam əmin oldum. “Mən bunu etməliyəm” deyə düşündüm. Daha sonra gizlicə onun evinə daxil oldum. Əvvəlcə boğdum, hirsim soyumadığı üçün onun cinsiyyət orqanını isti maşa ilə yandırdım .Mən bunları edərkən o qorxudan titrəyirdi. Maşanı bir müddət onun cinsiyyət orqanında saxladım. Artıq o tərpənmirdi. Mən əslində onu öldürmək istəmirdim. Maşa ilə cinsiyyət orqanını yandıranda isə qızımın ondan hamilə olduğunu və qarnının günü-gündən biraz daha böyüdüyünü düşünərək öldürdüm”.
Qatilin etdiyi etirafdan sonra polislər cəsədi ekspertizaya göndərib .
36 yaşlı qatilin əl izləri meyit üzərində aşkarlandıqdan sonra o, həbs edilib.