“Bunlara nəzarət edən bir qurum lazımdır”
“Televiziyalarda serialların çəkilməsi üçün ölkə başçısı sərəncamı ilə vəsait ayrılır. Amma bu seriallarda nələrin təbliğ olunduğuna diqqət yetirilməlidir. Bu seriallarda narkomaniya, cəzaçəkmə müəssisələrindəki “vor zakon”lar və əxlaqsızlıq yuvaları təbliğ olunur”.
bu sözləri millət vəkili Çingiz Qənizadə 2015- ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, seriallara baxan zaman öldürmək, atmaq və narkotik satmaq kimi mənfi halları müşahidə edirsən: “Cənab prezident serialların çəklilməsi üçün humanistlik göstərib. Amma biz sadaladığımız halların şahidi oluruq. Hesab edirəm ki, bunlara nəzarət edən bir qurum lazımdır. Bu sahədə biabırçılıqdır”.
Millət vəkili eyni zamanda polis idarələrində müstəntiqlərin sayının artırılması təklifi ilə çıxış edib. O bildirib ki, bu gün polis idarələrində müstəntiqlərin sayı 12-16 nəfər arasında dəyişir:”Hər bir müstəntiqin icraatında 15-dən çox cinayət işi ilə bağlı materiallar var. Belə olan halda, bu müstəntiqlər işinin öhdəsində kifayət qədər obyektiv və səmərəli gələ bilmirlər. Burada insan haqlarının pozulması ilə bağlı məqamlar ortaya çıxır. Prokurorluqda, Daxili İşlər orqanlarında istintaq, təhqiqat, əməliyyat axtarış sistemlərinə nəzarət edən şöbə var. Büdcədə nələrisə saxlamaq şərti ilə həm polis orqanlarında müstəntiqlərin sayının, həm də prokrorluqda bu sahəyə nəzarət sisteminin artırılmasına diqqət yetirilməlidir”.