Putin sanksiyalardan qurtulmaq üçün Azərbaycanla hərbi əməkdaşlığa işarə etdi

5-11-2014, 21:39   


"Rusiya sanksiyaların öhdəsindən gələ bilər, hətta öz mövqeyini möhkəmləndirmək gücünə sahibdir".

bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bu istiqamətdə bir sıra layihələrin hazırlandığını da bildirib:

"Rusiya bütün imkanlara malikdir, bu çağırışların öhdəsindən gəlmək üçün öz mövqeyini möhkəmləndirməlidir".

Bu ilin oktyabrında Rusiya 9,8 milyard dollar həcmində silahlar və hərbi texnika ixrac edib. Rusiyanın xarici ölkələrə 15,7 milyard dollar dəyərində hərbi texnika satdığı qeyd edilir.

Putin Rusiyanı bir çox ölkələrlə uzunmüddətli strateji əməkdaşlığın bağladığını, silahlandırılan ölkələrlə də münasibətlərin yeni formalarından istifadə etməyin əhəmiyyətini vurğulayıb.

Rusiyanın hərbi sahədə əsas partnyorları Hindistan (42faiz), Çin (10 faiz), Azərbaycan (7 faiz), Venesuela və Əlcəzairdir (5 faiz).

Qeyd edək ki, ötən il Rusiya hərbi texnika ixracında rekord həcmdə (49 milyard dollar) gəlir əld edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.