Budur ziddiyyət: hər dəfə özümüz haqqında yeni bir şey öyrənmək istəyəndə, öz bədənimizi nə qədər pis tanıdığımızın fərqinə varırıq. Halbuki, bədənimiz bizim dünyanı dərk etmək üçün başlıca elementdir. Hər saniyə bu unikal mexanizmdə minlərlə təəccüblü proses işə düşür.
1. İnsan barmaqları o qədər həssasdır ki, onlar Yer kürəsinin ölçüsündə olsaydı, siz ev və avtomobil arasındakı fərqi hiss edə bilərdiniz.
2. İnsan bədəni 60 000 mil qan damarlarından ibarətdir. Bu ölçü bütün Yer kürəsini iki dəfə sarımağa kifayət edə bilər.
3. İnsan gözü o qədər həssasdır ki, Yer kürəsi düz olsaydı, siz gecə qaranlığında 30 km məsafədə parlayan şamı görə bilərdiniz.
4. Siz qızaranda, mədənizin selikli qişası da qızarır.
5. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilər.
6. Sizin göbəyinizin daxilində min bakteriya tropik meşə ölçüsündə ekoloji sistem formalaşdırır.
7. İnsan aşiq olduğu zaman onun beyni “amfetamin” qəbulu zamanı alınan hormon və sinirsistemləri kokteyli hasil edir. Bu isə ürək döyüntülərinin artmasına, iştahanın və yuxunun itirilməsinə və güclü çəki almağa səbəb olur.
8. Göz billurumuz olmasaydı, biz ultrabənövşəyi şüaları görə bilərdik. Əməliyyat nəticəsində göz billurları xaric olunan bəzi insanlar bu şüaları görürlər.
9. Yetkin insan 7,000,000,000,000,000,000,000,000,000 (7 oktrilyon) atomdan ibarətdir. Müqayisə üçün bildirək ki, qallaktikada təxminən üç yüz milyard ulduz var.
10. Bizim əzələlərimiz əslində göründüyündən daha güclüdür. Bu güc adətən, insanın əzələ və vətərlərini zədələməməsi üçün məhdudlaşmış olur. Məhdudiyyəti adrenalin nəticəsində aradan qaldırmaq mümkündür. Məhz onun təsiri nəticəsində insanlar qaya parçalarını və avtomobilləri qaldıra bilirlər.
11. Biz planetdə uzaq məsafəyə ən yaxşı qaçanlarıq. İstənilən dördayaqlı heyvandan daha yaxşı. Doğrudan da, minlərlə il əvvəl biz ovumuz yorulub,ölənə qədər arxasınca qaça bilmişik.
12. 30 dəqiqə ərzində insan bədəni 4 litr suyu qaynatmağa kifayət edəcək qədər isti hasil edir.
13. Bizim bədənimizdə şimpanzedə olduğu qədər tük var. Onların əksəriyyəti o qədər lazımsız və nazikdir ki, az qala görünmürlər.
14. Bu gün sizin orqanizminizin ibarət olduğu atomlar, 13.7 milyard il əvvəl Böyük Partlayış nəticəsində meydana gələn atomlardır.
15. İnsan sümükləri qranit qədər bərkdir. Kibrit qutusu ölçüsündəki sümük parçası 9 ton ağırlığa dözə bilər.
16. İnsan beyni kompüter olsa idi, o saniyədə 38 min trilyon əməliyyat yerinə yetirə bilərdi. Dünyada ən güclü kompüter olan BlueGene bunun ancaq 0,002 %-ni edə bilər.
17. Sizin gözlərinizdəki əzələlər nədəsə fokus olunduqda gündə 100,000 dəfə hərəkət edirlər. Ayaqlarınızdakı əzələləri bu qədər məşq etdirmək üçün ,siz hər gün təxminən 80 km yol getməlisiniz.
18.Hər bir kiloqram yağ və ya əzələyə görə, sizin bədəniniz 10 kilometr yeni qan damarları yaradır.
19. İnsan DNT-si ,banan DNT-si ilə 50 % üst-üstə düşür.
20. Yalnızlıq fiziki ağrı verə bilər. Buna görə də, yalnızlıq ağrısından yayınmaq istəyirsinizsə, başqa insanlarla ünsiyyətdə olmaq üçün sizin aktiv stimulunuz var.
21. Hər saniyə sizin bədəniniz 25 milyon yeni hüceyrə hasil edir.
22. İnsanlar qaranlıqda işıq saçırlar. Sadəcə bu işıq gözlərimizin seçə bildiyindən 1000 dəfə zəifdir.
23. İnsan hər ay “qabığını” tamamilə yeniləməklə, ömrü boyu təxminən 40 kiloqram dəri “atır”.
24.Bizim beynimizin birləşmiş neyronları kainatın strukturuna oxşayır. Hansısa anlamda beyin kainata bənzər yaradılıb.
25. Hüceyrələrimizin 90 %-i bizi o qədər də insan etmir - əsasən biz göbələk və bakteriyayıq.
26. İnsanların eşitmə, görmə, toxunma, zövq, iybilmə kimi beş ənənəvi hissləri ilə yanaşı, 15 “başqa” hissləri də var. Onlara tarazlıq, temperatur, ağrı, zaman, bundan başqa daxili hisslər - təngnəfəslik, istək və darıxma aiddir.
27.Siz düşündüyünüzdən bir az daha çox varlısınız. Bizim hər birimizin daxilində təxminən 0,2 milliqram qızıl var. Onun əksər hissəsi qanımızda həll olunub. Təəssüf ki, sizə səkkiz qramlıq qızıl pulu düzəltmək üçün 40 min insanın qanı lazım gələcək.
28. Bizim beynimiz orqanizm tərəfindən istehlak olunan kalori və oksigenin 20%-ini istifadə edir. Baxmayaraq ki, yetkin insan bədəninin 2%-ini təşkil edir.
29. Bəzi qadınlar başqalarına nisbətən daha çox rəng görürlər. İnsanların əksəriyyətində 3 tip rəng resoptorları var. Belə qadınlardan isə resoptorların sayı 4 və ya hətta 5 ola bilir. Bu isə onlara daha geniş rəng spektrini görməyə imkan verir.
30. “Sinesteziya” adlanan vəziyyət insanı bir hissi başqa hiss vasitəsilə duymağa məcbur edir. Başqa sözlə, bəzi insanlar səslə dada baxa bilər və ya rəngləri eşidə bilər.
31. Nəfəs almaq zərurəti oksigenə olan tələbatdan daha çox karbon 2-oksidin toplanması ilə bağlıdır. Əgər karbon qazını qandan çıxartmaq mümkün olsaydı, biz dəqiqədə təxminən 1 dəfə nəfəs ala bilərdik.
32. Ağlamaq stresi aradan qaldırır və insanlara nifrət və qəm hisslərini azaltmağa imkan verir. O fiziki olaraq problemlərin öhdəsindən gəlməyə kömək edir.
33. Bizim göz yaşlarımız da onların əmələ gəlməsi səbəblərindən asılı olaraq müxtəlif strukturlara malik olur. Mikroskop altında kədər, ümid gözyaşları soğan kəsərkən yaranan göz yaşlarından fərqli görünür.