Bakıda sürpriz

6-11-2014, 13:08   
Bakıda sürprizBayraq günü münasibətilə bir neçə tədbir keçiriləcək

Azərbaycan Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağı günü münasibətilə bir neçə tədbir keçirəcək.

İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, noyabrın 8-də Musiqili Komediya Teatrında internat məktəbində təhsil alan uşaqlar üçün konsert təşkil olunacaq.

Bundan başqa, noyabrın 9-da səhər saatlarında Dövlət Bayraq Meydanı vətəndaşların üzünə açılacaq. İdarədə “Mən azərbaycanlıyam!” adlı tədbir keçiriləcək. Tədbirdə saat 10:00-da respublikanın bütün güc strukturlarının əməkdaşalrı ilə birlikdə bayrağımız qaldırılacaq.

Daha sorna Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə və geriyə veloyürüş keçiriləcək.

Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.