Bəlaya düşdüyümüzü anlayırıq. Amma özümüzlə, bu bəla ilə heç nə edə bilmirik. Narkotik maddələrdən asılıyıq. Heroin almaq, onu əldə etmək üçün pul gərəkdir. Pulu da bədənimizi satmaqla, fahişəliklə qazanırıq. Həyatımız faciədir”.
27 yaşlı Valin, 25 yaşlı Amanda və 22 yaşlı Tiffani bacılardır. Onlar heroindən asılı narkomanlar, narkotik maddə almaq üçün bədənlərini satan qadınlardır.
Bacıların anası Linda da əvvəllər heroin qəbul edən narkoman olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, üç bacı ilə onların valideynləri “Dr Phil show” proqramında bəlalı həyatlarından bəhs ediblər.
Bacıların anası Linda və ataları Riçin dediklərinə görə, qızlarını faciədən qurtarmaq istəyirlər.
Valin kollecdə ən populyar tələbə idisə, Amanda gözəllik müsabiqəsində qalib gəlməyi, sonra da stomatoloq olmağı arzulayırdı. 22 yaşlı Tiffani isə idmanla məşğul olurdu.
Lakin onların hamısı indi heroinin əsirinə çevrilmiş narkomanlardır.
Proqramın aparıcısı doktor Filin sözlərinə görə, bacılar indiyədək 36500 dəfə heroin qəbul etdiklərini söyləyiblər.
“Onları üç ayrı-ayrı klinika və reabilitasiya mərkəzlərinə yolladım ki, narkomaniyadan qurtulmaq üçün şansları olsun. Razılaşdılar. Görək nə olur…” – doktor Fil söyləyib.