SOS: 1500 illik Aya Sofya yerlə bir ola bilər

6-11-2014, 21:50   


İstanbul Texniki Universitetində (İTİ) təşkil olunan “İstanbulda tarixi abidələrin vəziyyəti” adlı beynəlxalq konfransda Aya Sofya muzeyinin 4 minarəsinin dağılma təhlükəsi olduğu açıqlanıb.

Axar.az bu haqda türk mediasına istinadən xəbər verir. 10 illik elmi təcrübə və araşdırmalardan sonra məlum olub ki, 7 və daha yuxarı bal gücündə zəlzələ baş verərsə, muzey dağılacaq.

Aya Sofyanın seysmik dayanıqlığı üzərində aparılan çalışmalara rəhbərlik edən Rəşad Oygüc verdiyi açıqlamada nuzeyin restavrasiyasının vacib olduğunu deyib: “İndiki halda Ayasofyanın 4 minarəsi, 7 və daha çox bal gücündə zəlzələyə davamlı deyil. Minarələrdə bərpa işləri aparılmalıdır. Tarixi abidəni zəlzələ risklərinə qarşı qorumaq lazımdır. Aya Sofyanın zəlzələ zamanı hansı vəziyyətə düşəcəyi barədə hazırladığımız üçölçülü zəlzələ modelində araşdırdıq. Virtual zəlzələ təcrübələrində minarələrin böyük risk daşıdığını təsbit etdik”.

Xatırladaq ki, inşasına 532-ci ildə başlanan Aya Sofyanın tikintisi 5 il 11 ay 10 günə başa çatıb. 1935-ci ildən bu günə qədər muzey kimi fəaliyyət göstərən abidənin qübbəsinin hündürlüyü 55-60 metr, eni 31-36 metrdir. Bu qübbə eni 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır və açılan 40 pəncərə onun bol işıq almasına səbəb olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.