Ac olanlar daha yaxşı fikirləşir

6-11-2014, 22:41   
Ac olanlar daha yaxşı fikirləşir
Hollandiyanın Utrext universitetinin alimləri bu qənaətə gəliblər

Adam Içində Aclıq hissi mühüm danışıqlarda ən yaxşı vəziyyətdir və insanın düzgün qərarlar çıxarmasına çox kömək edir.
Hollandiyanın Utrext universitetinin alimləri bu qənaətə gəliblər.

Ekspertlər nümunə kimi kazinoda oynayan könüllülər üzərində aparılmış bir eksperimenti göstərirlər. Bu halda eksperimentdə iştirak edənlərin təhsil və tərbiyə səviyyəsini nəzərə alınmayıb. Alimlər eksperimentin iştirakçılarını iki qrupa bölərək onların azartlı oyunlar oynamasını təklif ediblər. Birinci qrupun üzvləri sınaqdan əvvəl yaxşıca səhər yeməyi yeyib, ikinci qrupun üzvləri isə kazinoya gedərkən səhər yeməyindən imtina ediblər.

Məlum olub ki, oyuna ac gedən könüllülər azartlı oyunların qaydalarının öhdəsindən daha yaxşı gəlir, daha az səhvə yol verir və düzgün qərarları daha tez qəbul edirlər. Eksperimentin təmizliyi üçün alimlər qrupların yerlərini dəyişərək təcrübəni təkrar ediblər. Bu dəfə də oxşar nəticə alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.