ABŞ İŞİD-in Əzrayılını da vurdu

7-11-2014, 13:00   


ABŞ hərbi təyyarələri Suriyada “Xorasan” terror təşkilatına aid olan hədəfləri vurub.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ tərəfi verdiyi açıqlamada bu təşkilatın Əl-Qaidə ilə bağlılığı olan Nüsra cəbhəsinin tərkibində yer aldığını və İŞİD-dən daha təhlükəli olduğunu bildirib.

Suriyada İŞİD, Əl-Qaidə və Əl-Nüsra təşkilatlarına qarşı hərbi əməliyyatlar keçirən ABŞ təyyarələri bu dəfə yeni yaranan “Xorasan” terror təşkilatının aid hədəflərə aviazərbələr endirib.

Məlumatda təşkilatın nəzarətində olan 5 obyektin vurulduğu qeyd edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.