ŞOK: Nazir deputatı otağından qovdu

7-11-2014, 14:38   

Əbülfəz Qarayev deputat olması üçün iki dəfə zamin dayandığı Fuad Muradovla əlaqələrini kəsməli olub.Turizm və mədəniyyət naziri Əbülfəz Qarayevlə deputat Fuad Muradov arasında narazılıq baş qaldırıb. Daxil olan məlumata görə, iki dəfə mandat sahibi olmuş Muradovla nazir arasındakı narazılığın səbəbi kimi millət vəkilinin Qarayevin adından bir neçə dəfə sui-istifadə etməsi olub.Mənbənin bildirdiyinə görə, özünə biznes qurmaq üçün nazirlərdən birinin yanına üz tutan Fuad Muradov orada nazir Əbülfəz Qarayevin adından istifadə edib.
ŞOK: Nazir deputatı otağından qovduİddialara görə, deputat yeni yaratdığı biznesdə nazirin də payının olduğunu deyib. Verilən məlumatlarda qeyd olunur ki, baş vermiş söhbət nazirin qulağına çatıb və o, deputatı yanına çağırtdırıb. Narazalıq da burada pik həddə çatıb. İddia olunur ki, Fuad Muradovu sərt şəkildə tənqid edən Qarayev onu otağından qovub. Və bundan sonra onu adından istifadə etməsinə qadağa qoyub. Həmçinin Muradovun diqqətinə çatdırıb ki, növbəti parlament seçkilərində mandat sahibi olması üçün hakimiyyət dairələrinin yanında da zamin dayanmayacaq.Mənbə bildirib ki, Fuad Muradovun iki dəfə deputat seçilməsində Əbülfəz Qarayevin müsətəsna xidmətləri olub. Belə ki, nazirin sözügedən şəxsə zamin dayandığı vurğulanır. Yazıda adları keçən şəxslərin də mövqeyinə yer ayırmağa hazırıq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.