Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs mavi olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, nazirin bu açıqlaması mühafizəkar Şərqi Avropa siyasətində maneələri aşan bir hadisə kimi xarakterizə olunub.
Rinkeviçs mavi olduğunu Tvitter səhifəsi vasitəsilə açıqlayıb.
“Ölkəmizin hər cür münasibət üçün qanuni status yaratması lazımdır. Mavi olmaqdan qürur duyuram”, - nazir deyib.
Qeyd edək ki, Latviya 2005-ci ildən cinsi azlıqların evlənməyini qadağan edən qanun qəbul edib.