Rusiya Prezidenti Vladimir Putin neft qiymətlərinin aşağı düşməsinin səbəblərini açıqlayıb.
Axar.az xəbər verir ki, Putin bunun Rusiyaya qarşı hesablandığını, bəzi ölkələrin düşünülmüş planı olduğunu deyib.
Rusiya lideri ad çəkmədiyi ölkələrin dünya böhranı yaratmağa cəhd etdiyini deyərək, bu cəhdlərin uğursuz olacağını bildirib: “Neft istehsal sahələrindəki yeniliklər karbohidrogen istehsalını artırır və bazara təsir göstərir. İnkişaf etmiş ölkələrdə strateji və ticari neft ehtiyatı tarixin ən yüksək səviyyəsindədir. Rusiya da neft qiymətlərində yaşanan böhranın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün tədbirlər görür. Əsas məqsədimiz Rusiya iqtisadiyyatını diversifikasiya etmək, Çin və Uzaq şərq ölkələri ilə Avropa bazarlarının tarazlanmasını reallaşdırmaq və büdcə xərclərini minimum endirməkdir”.