Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi dünya proletariatının lideri Vladimir Lenini dəfn etməyi təklif edib.
Modern.az xəbər verir ki, rusiyalı siyasətçi dünyanın heç bir yerində ölü insanlara sitayiş olunmadığını deyərək, Leninin Moskvanın Mıtişşi qəbiristanlığında torpağa tapşırılmasını təklif edib:
“Mıtişşidə bütün məşhur insanlar üçün nəzərdə tutulan federal qəbiristanlıq var. Gəlin, Lenini orda basdıraq”.
Leninin “Qırmızı meydan”da uyuduğu mavzoleyi isə tribuna kimi istifadə etməyi məqsədəuyğun sayır.
“Əgər ölkənin ən yaxşı yerində, meydanın mərkəzində insan məzarı varsa, deməli biz həmin insana tapınırıq, ona hörmət edir və onun işini davam etdiririk. Problem də bundadır”, - deyən Jirinovski Qərbin Rusiyaya etibar etməməsinin səbəbini də Leninin Moskvanın mərkəzində yerləşən mavzoleyində görüb.