Ukraynanın şərqində ordu genişmiqyaslı hücuma keçib
Dünya Ukrayna ordusu Donetsk aeroportu uğrunda döyüşlərdə ötən gün ərzində 200 separatçı məhv edilib.
bu haqda Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin facebook səhifəsində xəbər verilib.
"Dünən Donetsk aeroportu ərazisində Ukrayna hərbi qulluqçularının mövqelərini atəşə tutan separatçılar Ukrayna Milli Təhlükəsizlik Şurasının artilleriya bölmələrinin atəşiylə məhv edilib. Yoxlanmış informasiyaya görə, atəş nəticəsində dörd tank, iki zirehli maşın, iki qaubitsa, BMP və 200-ə qədər döyüşçü məhv edilib", - deyə xəbərdə deyilir.
Qeyd edək ki, dünən Ukrayna ordusu Donetsk aeroportunu ələ almaq üçün genişmiqyaslı hücuma keçdiyini bəyan etmişdi.