Onlar bildiriblər ki, hər iki gəncin dini kəbini olub
Bu gün dəm qazından boğulan nişanlı cütlüklə bağlı sosial şəbəkələrdəki müzakirələrə mərhumun dostları münasibət bildirib.
Ceyhun Ələsgərovun dostları eyni evdə qalan nişanlı cütlüklə bağlı səsləndirilən fikirlərə etiraz edib. Onlar bildiriblər ki, hər iki gəncin dini kəbini olub: “Nəzərinizə çatdıraq ki, Ceyhunun nişanlısı Yusifənin nə atası var, nə də anası. Buna görə Ceyhun da nişanlısı ilə bir evdə qalırdı. Onu tək qoymalı idi? Yusifənin qardaşı da "hicab məhbusu" olub”.
Dostları bir daha bildirib ki, Ceyhunu və Yusifəni tanımadan onlarla bağlı nəsə danışmaq, əxlaqlarına şübhə etmək doğru deyil.
Xatırladaq ki, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb. Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
***
nişanlı cütlük Binəqədidə yerləşən qəbiristanlıqda dəfn edilib. Onların qəbirləri yan-yana qazılıb.
Yas mərasimi zamanı diqqət çəkən məqamlardan biri isə dəfndən sonra qəbirlərin üzərinə xonçaların qoyulması olub.